Mananadan oğlu ilə paylaşım

Mananadan oğlu ilə paylaşım

Əməkdar artist Manana Caparidze oğlu Davidlə bağlı diqqət çəkən paylaşım edib. 

OLAY yazır ki, sənətçi sosial şəbəkədə övladının görüntülərini yayımlayaraa onun doğum günü olduğunu yazıb. 

Oğlunu “Möcüzə hədiyyə” adlandıran M. Caparidze ona olan sevgisini bu sözlərlə ifadə edib: 

“Bir neçə gün əvvəl oğlum Davidin ad gününü qeyd etdik. Avqustun 10-da düz 10 yaşı tamam oldu. Möcüzə hədiyyə üçün Allaha şükür! David oğlum, sənə əbədi xoşbəxtlik diləyirik. Biz səni çox sevirik. Ad günündən çəkilmiş yeni videolar və xoş təəssüratlarımı paylaşmaq istəyirəm. Bütün valideynlərə övladları ilə birlikdə can sağlığı və xoşbəxtlik arzu edirəm”. 

Qeyd edək ki, gürcü vətəndaşı Georgi Qabelave ilə ailəli olan Manananın Elizabet adlı bir qızı və David adlı bir oğlan övladı var.