Aliment ödəməmək üçün qeyri-qanuni yola əl atdı

Aliment ödəməmək üçün qeyri-qanuni yola əl atdı

Hollivud ulduzları Ancelina Coli və Bred Pittin boşanması ilə bağlı yeni təfərrüatları məlum olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. 

Nəşrin yazdığına görə, Coli mərhum rejissor Sesil B.DeMillinin Los Felizdəki malikanəsini almaq üçün Breddən 24,5 milyon dollar borc pul alıb. Digər şeylər üçün isə aktrisa 17 milyon dollarlıq ipoteka götürüb. İndi isə məlum olub ki, sənətçi övladlarının atasına olan borcunu faizlə qaytarmalıdır.

Coli isə bildirib ki, Pitt uşaqları üçün aliment ödəməyib. Hollivud aktyoru isə aktrisanın açıqlaması ilə razılaşmayıb. Pitt Coliyə doqquz milyon dollardan çox pul ödədiyini iddia edib.

Aktrisanın vəkili müdafiə çıxışında bunları bildirib:

"Breddən Ancelina və uşaqları üçün yeni evin xərclərində kömək istənilib, amma əvəzində o, keçmiş arvadına faizlə pul borc verib. Ancelina təbii ki, bu pulu qaytaracaq. Bununla belə, kredit uşaq dəstəyi deyil və Bred bunu belə təqdim etməyə çalışır. Bu qeyri-qanuni və aldadıcıdır. Ancelina uşaqların xərclərinin 50 faizini Bredin ödəməsini istəyir. Son iki ildə o, öhdəliklərin böyük hissəsini öz üzərinə götürməli olub".

Qeyd edək ki, Coli və Bred 2019-cu ildə boşanıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun