“Heç vaxt hündür qız olmağı arzu etməmişəm”

“Heç vaxt hündür qız olmağı arzu etməmişəm”

“Özümdən narazı deyiləm”.

OLAY yazır ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva sosial şəbəkə hesabında izləyicilərin suallarına cavab verərkən deyib.

1.62 santimetr boyunun olduğunu söyləyən Aynişan buna görə heç zaman kompleks keçirmədiyini bildirib:

“Buna ehtiyac duymuram. Onsuzda insanlar məni həyatda görür və uşaq vaxtından heç vaxt hündür qız olmağı arzu etməmişəm. İndi – indi uca boy qızlar xoşuma gəlməyə başlayıb. Mənə görə, proporsialar bir-birinə uyğun, ayaq boyu uzun olsun. Olmasa da olar... Əsas canımız sağ olsun”.