Türkiyəli fenomen və iş qadını Dilan Polat həbsdən azadlığa çıxır.
OLAY yazır ki, bununla bağlı jurnalist Emrullah Erdunç məlumat yayıb.
Bildirilir ki, uzun müddətdir həbsxanada olan Dilan Polat bu gün azadlığa buraxılıb. Hazırda həbsxanada əşyalarını toplayan Dilan Polat gün ərzində azadlığa çıxacaq.
İstanbul mərkəzli 6 şəhərdə 1 noyabr 2023-də və davamında keçirilən əməliyyatlarda Dilan Polat və onun əri Engin Polatın da daxil olduğu 24 şübhəli saxlanılmışdı. Dilan Polat, Engin Polat və Sıla Doğunun da daxil olduğu şübhəlilərdən 16-sı 5 noyabr 2023-də həbs olunmuş, hakimlik isə 27 şirkətə qəyyum təyin olunmasına qərar vermişdi.