Ötən axşam müğənni Sevda Sanaliyeva bir kişi tərəfindən izlənildiyini və təhdid olunduğu ilə bağlı instaqramda video paylaşaraq açıqlama yayıb.
OLAY yazır ki, sənətçi bildirib ki, həmin şəxs qadın adı ilə sosial şəbəkədə saxta hesab açaraq ona və izləyicilərinə xoşaqəlməz mesajlar yollayır.
“Baxın bu manyakın səhifəsidir. Arvad adı ilə yazır mənə və izləyicilərimə. Bu onun adətidir”, - deyə Sevda vurğulayıb.
Növbəti paylaşımda isə Sanaliyeva həmin şəxs tərəfindən hədələndiyini yazıb:
“Sabah mənə nəsə edəcəyini deyirsən, gözləyəcəyəm elə. Səbirsizliklə gözləyirəm sabahı”.
Qeyd edək ki, Sevda Sanaliyeva həmin şəxsi (ad, soyad, yaşadığı ünvan və s.) tanıdığını, onunla bağlı dəfələrlə hüquq mühafizə orqanlarına yazılı şəkildə ərizə yazaraq şikayət etdiyini və hazırda İcra Hakimiyyəti tərəfindən uzaqlaşdırma qərarı çıxarmasını sənədinin gözlədiyini vurğulayıb. Müğənni başına gələn hadisə ilə bağlı müvafiq orqanlardan kömək istəyib.