Şairə və qiraətçi Nazilə Səfərli instaqramda bədxahlarına səslənib.
OLAY yazır ki, bununla bağlı sənətçi video paylaşım edib.
Ağcaqanadları qovmaq üçün yandırdığı dərmanı zivədən asıb altında oturan Səfərli “Heç nə demirəm. Mənə dəyib-dolaşanların tüstü başından çıxsın. Mənim başımdan çıxan tüstü onun beynindən çıxsın. Gedin, bayquşlar, əsəbiləşdirməyin məni” sözlərini dilə gətirib.