Milyarder və qızı İtaliyada yaxta qəzasında itkin düşüblər

Milyarder və qızı İtaliyada yaxta qəzasında itkin düşüblər

“Britaniyanın Bill Qeyts” ləqəbi ilə tanınan 59 yaşlı milyarder texnologiya maqnatı Mayk Linç İtaliyanın Siciliya sahillərində Bayesian superyaxtasının batmasından sonra itkin düşüb.

OLAY yazır ki, bu barədə bir sıra dünya nəşrlər, o cümlədən “The Guardian” və “Sky News” məlumat yayıb.

Ondan başqa bir neçə nəfər, o cümlədən 18 yaşlı qızı da yoxa çıxıb. Linçin həyat yoldaşı Ancela Bakares xilas edilib. 

“Biz bütün günü gəmilərdən və helikopterlərdən istifadə edərək axtarışa sərf etdik, lakin heç nə tapmadıq”, - mülki müdafiə nümayəndəsi bildirib.

O qeyd edib ki, itkin düşənlər dənizdə olsaydılar, tapılardılar. Linç və digər itkin düşənlərin boğularaq öldüyü güman edilir. Yaxtanın özü 50 metr dərinlikdə yerləşir və xilasedicilərin sözlərinə görə, pəncərələrdən ölənlərin cəsədləri görünür.

Qeyd edək ki, avqustun 19-da səhər İtaliyanın cənubundakı Palermo sahillərində yaxta qəzaya uğrayıb. Qəzaya səbəb tornado olub: külək gəminin dirəyini sındıraraq onun dayanıqlığını itirməsinə səbəb olub. Həmin an gəmidə 12 qonaq və on ekipaj üzvü olub, 15 nəfər xilas edilib, onların çoxu xəstəxanaya yerləşdirilib. Bir nəfər ölüb. 56 metr uzunluğundakı superyaxta 2008-ci ildə Linç tərəfindən alınıb. 

Mayk Linç Britaniyanın proqram təminatı hazırlayan “Autonomy” şirkətinin yaradıcılarından biridir - buna görə də ona “Britaniyalı Bill Qeyts” ləqəbi verilib. 2006-cı ildə iş adamı sahibkarlığa xidmətlərinə görə Britaniya İmperiyasının ordeni ilə təltif edilib. 2015-ci ildə Forbes onun sərvətini 1 milyard dollar qiymətləndirilib.