Neslihan Atagül yeni yaşına qədəm qoyub.
OLAY yazır ki, hamilə olan aktrisa bununla bağlı sosial media hesabında paylaşım edib:
“Mən xoşbəxtəm! Həm də çox! Həyat yoldaşımla, ailəmlə, həsrətlə və həyəcanla gözlədiyimiz övladımızla çox xoşbəxtik. Gözəl diləkləriniz, dualarınız və dəstəyiniz üçün təşəkkür edirəm. Sizlər də yaxşı ki varsınız!”.
Qeyd edək ki, Neslihan Atagül 1992-ci ildə İstanbulda doğulub. O, “Yaprak dökümü” serialı ilə məşhurlaşıb.