“Öyle Bir Geçer Zaman Ki” serialındakı Karolin obrazı ilə Türkiyədə şöhrət qazanan aktrisa Vilma Elles adını dəyişib.
OLAY yazır ki, 2016-cı ildən bəri Türkiyə vətəndaşı olan 37 yaşlı əslən almaniyalı sənətçi adını Mücella olaraq dəyişdiyini açıqlayıb.
Bu haqda Elles jurnalistlərə müsahibə verərkən bildirib.
O, bütün ailə üzvlərinin adlarının M hərfi ilə başladığını da diqqətə çatdırıb (həyat yoldaşı və uşaqları).
Qeyd edək ki, Uilma Elles 2022-ci ildə vəkil Mehmet Şah Çeliklə ailə qurub. O, əvvəlki evliliyindən olan övladları Milat və Melodiyə də qəyyumluq edir.