Aktyor Metyu Perri ölməzdən bir neçə həftə əvvəl qanunsuz olaraq ketamin almaq üçün ən azı 55 min dollar xərcləyib.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə "RadarOnline" portalı məlumat yayıb.
"Dostlar" serialının ulduzunun 29 gündə 55 flakon ketamin aldığı məlum olub. Dərmanı aktyora satan doktor Salvador Plasencia onunla ilk görüşdükdən qısa müddət sonra dostu həkim Mark Çavesə mesaj göndərərək daha çox ketamin əldə etmək üçün kömək istəyib. O, məktubu da "görəsən, bu axmaq nə qədər ödəyəcək" ifadəsi ilə müşayiət edib.
28 oktyabr 2023-cü ildə 54 yaşlı Metyu Perri Los-Ancelesdəki evində hovuzda tapılıb. Müayinə zamanı aktyorun sağlamlığının ürək tutmasına səbəb olan ketamin dərmanının istifadəsi nəticəsində pozulduğu müəyyən edilib.
Faciə günü Perri çoxdankı köməkçisi Kennet İvamasadan səhər 8:30-da ona ilk ketamin dozasını verməsini istəyib. İkinci dozanı təxminən dörd saat sonra filmə baxarkən qəbul edib. Perri daha sonra üçüncü və daha böyük doza tələb edib və bu, onun həyatının sonu olub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun