Ötən ay Bakıda keçirilən "Dream Fest" beynəlxalq musiqi festivalında iştirak edən Nigeriya əsilli məşhur isveçli müğənni Doktor Alban (Alban Uzoma Nvapa) Azərbaycan haqda təəssüratlarını bölüşüb.
Milli.Az xəbər verir ki, AZƏRTAC-a müsahibə verən sənətçi Bakını çox sevdiyini bildirib:
"Bakı çox gözəl şəhərdir. Strukturlaşdırılmış və sakitdir. Tamaşaçılar isə fantastikdir. Mən bu şəhəri və onun insanlarını sevdim. Bakıda bəyənmədiyim heç nə yoxdur".
İfaçı yerli mətbəximizdən də danışıb:
"Yeməklərin Asiya və ərəb mətbəxi ilə ortaq cəhətləri var. Çoxlu qızardılmış ət yedim. Ləzzətli idi".
Alban Azərbaycanı sevdiyini və Bakıda solo konsert vermək istədiyini də bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun