Romantik görüşdən və sevgi hekayələrinin sonu nağıl kimi görünən dəbdəbəli toydan sonra Hollivud cütlüyü Cennifer Lopes və Ben Afflek ayrı yollara getmək qərarına gəliblər.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, Lopes avqustun 20-də boşanmaq üçün məhkəməyə müraciət edib.
İnsayderlərin sözlərinə görə, ayrılığa səbəb həyata fərqli baxışlar və bir çox məsələlərdə fikir ayrılığı olub. Lopesin ulduz statusu və Afflekin daha sakit həyat sürmək istəyi problemi xüsusilə qabardıb.
Xatırladaq ki, Lopes və Afflek 2000-ci illərin əvvəllərində görüşməyə başlamışlar, lakin onların nişanlanması evliliyə səbəb olmayıb. Onların hər ikisi başqa adamlarla evləniblər. Cütlük 2021-ci ildə evlənib.
Onların krallara layiq toyu şou-biznes aləmində ən çox müzakirə olunan hadisələrdən birinə çevrilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun