Ölümündən əvvəl 2 dəfə huşsuz vəziyyətdə tapılıbmış

Ölümündən əvvəl 2 dəfə huşsuz vəziyyətdə tapılıbmış

"Dostlar" serialının ulduzu, aktyor Metyu Perrinin keçmiş şəxsi köməkçisi Kennet İvamasa ölümündən əvvəl aktyoru iki dəfə huşsuz vəziyyətdə tapdığını etiraf edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə "Page Six" məlumat yayıb.

İvamasa aktyorun son günlərində xeyli miqdarda ketamin qəbul etdiyini, gündə altı-səkkiz dəfə ona iynə vurduğunu bildirib.

Köməkçinin verdiyi sonuncu ketaminin dozası aktyor üçün ölümcül olub. Həmin gün Metyu üç dəfə ketamin qəbul edib.

İvamasa etiraf edib ki, aktyora əvvəlcə səhər saat 8:30-da, sonra isə 12:45-də ketamin vurub. Bundan 40 dəqiqə sonra isə Perri yeni bir doza istəyib. Onu qəbul etdikdən sonra sənətçi cakuziyə gedib. İvamasa isə evdən çıxıb öz işlərinin dalınca gedob. Köməkçi bir neçə saatdan sonra geri qayıdanda Perrini suda üzüstə uzanmış vəziyyətdə tapıb.

Qeyd edək ki, İvamasaya bu yaxınlarda Perrinin ölümü ilə bağlı ittiham irəli sürülüb. Aktyorun ölümündə ittiham olunanlar arasında Erik Fleminq, həkimlər Mark Çaves, Salvador Plasensiya və "ketamin kraliçası" Jasvin Sanqa da var.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun