"Mən bir dərs aldım. Mən özümü həqiqətən olduğumdan daha kövrək hesab edirdim. Mən başa düşdüm ki, insanlar çox dözümlüdürlər və hər şeyin öhdəsindən gələ bilirlər",
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bunu Kolumbiyalı müğənni Şakira "Barselona"nın kataloniyalı keçmiş futbolçusu Cerard Pikedən ayrılması ilə bağlı sualı cavablandırarkən deyib.
Şakira və Pike 2010-cu ildə görüşməyə başlayıblar. İki il sonra onların ilk övladı Milan, iki il sonra isə ikinci oğlu Saşa dünyaya gəlib. 2022-ci ilin yayında müğənni xəyanətinə görə futbolçudan ayrılıb.
Altı ay sonra Şakira "Shakira: Bzrp Music Sessions, Vol 53" mahnısında keçmiş ərini və yeni sevgilisini "keçdiyi" bir mahnı buraxdı.
45 yaşlı müğənni ispan dilində futbolçunun yeni münasibətlərindən bəhs edən "intiqam" haqqında trek yazıb.
Şakira hazırda oğlanları ilə birlikdə Mayamidə yaşayır .
Boşandıqdan dərhal sonra Pike Klara Çia ilə münasibətini gizlətməyi dayandırıb. O, ondan 12 yaş kiçikdir.
Milli.Az