Paris prokurorları aktyor Jerar Depardyenin aktrisa Şarlotta Arnuya qarşı təcavüz iddiası ilə bağlı mühakimə olunmasını tələb ediblər.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.
Hazırda istintaq hakimi proseslə bağlı qərar verməlidir.
Qeyd edək ki, aktyora qarşı ittihamlar ilk dəfə 2018-ci ildə irəli sürülüb. Aktrisanın iddialarına görə, o, avqust ayında aktyorun evində keçirilən tamaşanın məşqləri zamanı Depardye tərəfindən iki dəfə təcavüzə məruz qalıb. Depardye isə ittihamları rədd edir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun