Aktrisa Ülviyyə Əliyevanın ailəsində sevincli hadisə yaşanıb.
OLAY yazır ki, buna səbəb sənətçinin bacısı qızı Bakı Musiqi Akademiyasına qəbul olması olub.
Bu xoş xəbəri alan Ü.Əliyeva bacısını qızını təbrik etmək üçün gecə saatlarına onlara yollanıb.
“Bakı Musiqi Akademiyası... Özüdə ödənişsiz... Xala sənə qurban olsun. Xala səni çox istəyir. Heç bir şagirdin Allah əziyyətini yerdə qoymasın. Tələbə adını qazan bütün abituriyentləri təbrik edirəm. Gecə ilə gəlməyə bilməzdim. Uçub gəlmişəm. Səninlə fəxr edirəm. Adın və səsin hər zaman zirvələrdən gəlsin. Allah yolunun açıq etsin. Öz əziyyətin və zəhmətinlə buralara qədər gəldin. Səninlə qürur duyuram. Qızımsan mənim...”, - deyə Ülviyyə vurğulayıb.
Həmin anları isə aktrisa çəkərək sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.