“Dünya güzellerim” verilişində vizajisti ilə bağlı verdiyi qamaqallı açıqlaması ilə gündəm olan türk sənət musiqisinin “divası” Bülent Ersoy paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.
OLAY yazır ki, bir müddət səssiz qalan Ersoy instaqram səhifəsində ölümü xatırladan post yayımlayıb.
72 yaşlı Bülent fikirlərini bu sözlərlə ifadə edib:
“Qazandıqlarınızı yeyin. Bir gün öləcəksiniz, sizi dəfn edəcəklər. Bir neçə gün sizi tərifləyəcəklər, sonra mal-dövlətinizi bölüşəcəklər. Doymayacaqlar, sənin ananı söyəcəklər… Həyat budur…”