"İlahi ədalət adlanan bir tərəzi var. Əsla səhv etməz. Hər zaman yaradanımıza güvəndim, ona sığındım. Susdumsa, var olan Allaha və dövlətimin qanunlarına güvənib, inanaraq susdum. Əlacsız və ya günahkar olduğum üçün susmadım, lakin susqunluğumla qınandım".
Milli.Az xəbər verir ki, bu sözləri müğənni Aysel Əlizadə sosial şəbəkədəki paylaşımında yazıb.
Sənətçi aparıcı Xoşqədəm Hidayətqızı ilə aralarındakı məhkəmə prosesindən bəhs edib. O bildirib ki, Ali Məhkəmə də başa çatıb.
"Qanun danışsın deyə, susdum. Məni tanıyan bilir söz-söhbət sayəsində qara piarı, boşboğazlığı sevmirəm, nə də düz olarkən özümü sübut etməyi. Şükr olsun Allahıma, məni heç zaman tək qoymadı. Onun ədaləti qarşısında baş əyirəm. Hər şey sübut olundu. Dövlətimin qərəzsiz, vicdanlı məmurları, sizlərə halal olsun sadəcə" deyə, Aysel paylaşımında yazıb.
Aysel axşam.az-a açıqlamasında bildirib ki, 4 il sonra məhkəmə yekunlaşıb. Ali Məhkəmənin qərarına əsasən aparıcı ifaçıya 2 min manat təzminat ödəyəcək. Aysel yaxın günlərdə media ilə görüş keçirib, açıqlamalar verəcəyini əlavə edib.
Qeyd edək ki, Xoşqədəm Hidayətqızının verilişində qonaq olan Turanə Nəcəfova Aysel Əlizadəni keçmiş əri ilə münasibətdə ittiham edib. Söhbət zamanı Xoşqədəm Hidayətqızı "Aysel Əlizadə atası yaşda kişi ilə pula görə münasibətdə ola bilməz, buna inanmıram. Ərim Doğuş onun haqqında maraqlanıb. Elə məqamlar ortaya çıxıb. Hamısını deyəcəyəm..." kimi fikirlər səsləndirib.
Müğənni X.Hidayətqızı və T.Nəcəfovanın dediklərini şərəf və ləyaqətinə xələl gətirdiyini əsas gətirərək təzminat iddiası qaldırıb.
İddia 3 il ərzində müxtəlif instansiya məhkəmələrində mübahisələndirilib, bu günlərdə isə Bakı Apellyasiya Məhkəməsi yekun qərar çıxarıb.
Qərara əsasən, Xoşqədəm Hidayətqızı vurduğu mənəvi zərərə görə Aysel Əlizadəyə 3 min manat təzminat ödəməlidir.
Qarşı tərəf daha sonra Ali Məhkəməyə müraciət edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun