Qızı Ramizə müğənni Eldəniz Məmmədovu sevindirib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçının skripkaçı qızı Bakı Musiqi Akademiyasına qəbul olub. Bu barədə sənətçi sosial şəbəkədə məlumat yayıb.
O, qızının dövlət sifarişi əsasında qəbul olunduğunu bildirib:
"Təbriklər Ramizə qızım. Min kərə maşallah. Əziyyətin hədər getmədi".
Qeyd edək ki, E.Məmmədovun daha bir qızı və oğlu var.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun