Məşhur aktyordan qəribə vəsiyyət

Məşhur aktyordan qəribə vəsiyyət

Tanınmış türkiyəli kinoaktyor İlyas Salman son vəsiyyətini açıqlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, aktyorun vəsiyyəti qəribə istəklərinə görə diqqət çəkib.

Ateist olan aktyor deyib ki, 50 ildir insanları güldürürəm, ölərkən heç kəsi ağlatmaq istəmirəm.

"Mən öləndə cənazəmi yüksək bir dağ başına qaldırın. Sevənlərim gəlsin, yeyib, içib əylənsinlər, mahnılar, musiqilər səslənsin. Mən bu dünyadan elə dünyanın kiri ilə getmək istəyirəm.

Nə yuyulmaq, nə kəfənlənmək arzusundayam. Məni öz paltarımda dəfn edin. Əsla məscid və kilsədən götürülmək,  ardımca dualar oxunmasını arzu etmirəm", - o bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun