Hollivud aktyoru Ben Afflek müğənni Cennifer Lopesdən boşandıqdan sonra yeni sevgi romanına hazırdır.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, aktyor keşmiş arvadı Cennifer Enistonla bir araya gələ bilər.
"O, özünü yeni görünüşü ilə həqiqətən inamlı və xoşbəxt hiss edir. O, dünyaya çıxmaq və hələ də zirvədə olduğunu sübut etmək arzusundadır. Cennifer Lopez bunu bilir", - mənbə yazıb.
Avqustun 20-də məlum olub ki, 55 yaşlı Cennifer Lopez 52 yaşlı Ben Afflekdən boşanmaq üçün məhkəməyə müraciət edib. Aktrisa Los-Anceles Ali Məhkəməsinə vəkilsiz sənədlər təqdim edib və ərindən ayrılma tarixini göstərib - 26 aprel 2024-cü il.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun