Ancelina Coli həmkarına aşıq olub

Ancelina Coli həmkarına aşıq olub

Dünya şöhrətli 49 yaşlı aktrisa Ancelina Colinin 20 il əvvəl eşq yaşadığı 48 yaşlı həmkarı, Hollivud ulduzu Kolin Farrellə aşiq olub.

OLAY yazır ki, bunu Coliye yaxın məncə “In Touch Weekly” nəşrinə açıqlamasında söyləyib.

Onlar 2004-cü ildə “İsgəndər” filminin çəkiliş meydançasında anasını oynayan zaman tanış olublar. Eyni zamanda, onların münasibətdə olduqları haqda şayiələr yayılıb. 

Ancelinanı ən çox heyrətləndirən irlandiyalı aktyorun necə qayğıkeş və fədakar ata olmasıdır. 

Belə ki, Farrell bu yaxınlarda 20 yaşlı oğlu Ceyms Kim Bordeneyvin sağalmaz xəstəliyi haqda müsahibə verib. Aktyor bildirib ki, həkimlər onun övladına 2 yaşında olarkən “Angelman” sindromu (Gecikmiş inkişaf, nitq və tarazlıq problemləri, əqli əlillik və bəzən qıcolma tutmaları xəstəliyi – red.) diaqnozu qoyublar. O, oğlunun uğurlarından göz yaşları içində danışıb. Bundan əlavə, o, xüsusi qayğıya ehtiyacı olan uşaqlara və onların ailələrinə kömək edəcək bir fond yaradib. Ceymsdən başqa Farrelin 2009-cu ildə doğulan Henri adlı oğlu da var. 

Coli üçün kişinin atalıq keyfiyyətləri olduqca önəmlidir.