İctimai Televiziya ilə Elm və Təhsil Nazirliyi Azərbaycanda ilk dəfə uşaqlar üçün serial çəkir.
OLAY-ın məlumatına görə, “Mən, Lalə bir də Şerlok Holms” adlanan layihədə müğənni Eldar Qasımov da rol alıb.
Serialda yay tətilini nənə və babasının yanında keçirən Muradın nağılvari həyatı nümayiş etdiriləcək. 12 bölümlük ekran işinin quruluşçu rejissoru Rüfət Şahbazov, baş prodüseri Amiran Babayevdir.