Rusiyalı model Anastasiya Reşetova ilk dəfə estrada ulduzu Alsu və yəhudi əsilli milyarder, iş adamı Yan Abramovun boşanması ilə bağlı qalmaqala və onun müğənninin keçmiş ərinin məşuqəsi olması ilə bağlı ittihamlara münasibət bildirib.
OLAY yazır ki, 28 yaşlı Anastasiya, bu barədə qonaq olduğu “VKontakte” sosial şəbəkə platformasında yayımlanan “Mənim çantamda” verilişində danışıb.
“Yəqin ki, mən hardasa bu sınaqlara layiq idim, amma mənim həyatımın təfərrüatlarını bilən yaxınlarım da məni belə hesab etmirlər. Əsas odur… İnsanlar görmək istədiklərini görür. Ən əsası isə bunun mənimlə eyni zamanda real həyatımla heç bir əlaqəsi yoxdur. Sevdiyim, yanımda olan, ünsiyyət qurduğum insanların haqqımda nə düşündüyü mənim üçün vacib və önəmlidir”, - deyə Reşetova vurğulayıb.
Anastasiya Yan Abramovla münasibəti haqqında şayiələri nə təkzib, nə də təsdiqləyib.
Qeyd edək ki, 41 yaşlı Alsu və 46 yaşlı Yan Abramov avqustun 27-də rəsmi olaraq boşanıblar. 18 ildir birlikdə olan cütlüyün dağılmasına səbəb kimi Abramovun çoxsaylı xəyanətləri olduğu deyilib. Yanın illərdir Alsunu aldatdığı iddia edilib. Müğənni özü də bunu təsdiqləyib və Abramovun onunla evli olarkən Anastasiya Reşetova ilə görüşdüyünə işarə vurub. Müğənni dolayısı ilə daha əvvəl evli kişilərlə münasibətlərin onun üçün tabu olduğunu bildirən Anastasiyanı “aşağı sosial məsuliyyətli” qız adlandırıb.
Alsu və Yan Abramovun birlikdə üç övladı var, Reşetovanın isə repçi Timatidən Ratmir adlı oğlu var.