Xalq artisti: "Heç vaxt qapı döyməmişəm"

Xalq artisti: "Heç vaxt qapı döyməmişəm"

"Amma bu peşəyə mane olanlara qarşı içimdə həmişə üsyan olub".

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, bu sözləri tanınmış aktyor, Xalq artisti Cəfər Namiq Kamal "Mini maska" verilişində deyib.

Aktyor bütün çətinliklərə rəğmən heç vaxt içində "niyə bu peşəni seçdim" deyə, peşmanlıq hissi yaşamadığını bildirib:

"Bu peşə ilə körpəlikdən məşğul olmuşam. 11 yaşımda üzümə qrim olunub, səhnəyə çıxmışam. İş olmayanda darıxıram. Heç vaxt içimdə bu peşəyə qarşı üsyan olmayıb. Niyə olsun ki, gül kimi peşədir. Amma bu peşəyə mane olanlara qarşı içimdə üsyan olub. Həmişə başımı aşağı salıb, işimlə məşğul olmuşam. 52 yaşımda Əməkdar artist, 63 yaşımda Xalq artisti adını almışam. Almamışam e, veriblər. Elə bundan görünür ki, heç bir qapı döyməmişəm".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun