“Məni qadınlar gizli çəkir” - FOTO

“Məni qadınlar gizli çəkir” - FOTO

İnfluenser Aynişan Quliyeva tanınmış sima olaraq çəkdiyi əziyyətdən söz açıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, o, bu barədə instaqramda paylaşım edib: 

"Artıq bir neçə ildir ki, bu situasiya ilə qarşılaşıram. Olduğum məkanda məni qadınlar (hər yaş kateqoriyasında) gizlin çəkir. Ürəyiniz şəkil çəkmək istəyirsə, yaxınlaşa bilərsiniz. Bu günə kimi heç kimə etiraz etməmişəm. Amma gizlin çəkmək hüququnu sizə kim verib? Açıq səhifə işlətməyim? Düşünürsüz ki, siz məni ürəyiniz nə vaxt və necə istəyir çəkə bilərsiniz? Əsasən də istirahət zamanı mən bəzilərinin əlindən dincələ bilmirəm. Ya gözlərini çəkmədən baxırlar (utanıram), ya da əllərinə telefonlarını alırlar, guya mən başa düşmürəm, başlayırlar çəkməyə. Heç ərinəmdən və gizlətmədən mən də onları çəkirəm ki, sonra tapa bilim. Bir az sivil olun".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun