Məşhur aktyorun ölüm səbəbi məlum oldu

Məşhur aktyorun ölüm səbəbi məlum oldu

Məşhur aktyor Metyu Perri ketaminin kəskin təsiri nəticəsində ölüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə CNN telekanalı Los-Anceles məhkəmə-tibbi komissiya idarəsinin rəyinə istinadən məlumat yayıb.

Aktyorun qanında aşkarlanan yüksək səviyyədə ketamin onun ürək-damar həddindən artıq oyanıqlığı və nəfəs darlığı səbəbindən öldüyündən xəbər verir.

Qeyd edək ki, 54 yaşlı aktyor depressiya və həyəcandan müalicə alırdı. Oktyabrın 28-də Metyu Perri Kaliforniyadakı evində ölü tapılıb. Aktyor daha çox dünya şöhrətli "Dostlar" (Friends) serialındakı roluna görə tanınırdı.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun