Əməkdar artist Dilarə Əliyeva Xankəndinə yollanıb.
OLAY yazır ki, bununla bağlı aktrisa instaqram hesabında fotolar paylaşıb.
“Yay bitir, Xankəndi üçün isə yazdır… Yəqin 30 il sonra qırılan zəncirlərdən sonra burada həmişə yaz olacaq. Hər tərəf tumurcuqlanacaq, yaşıllanacaq, çiçəklənəcək. Bu təbiət hadisəsi ilk dəfə təkcə torpaqda, havada, suda yox, insanların simasında da özünü göstərəcək. Mən və işgüzar xanımlar burada tam başqa aləmə düşdük. Həmişə belə fərah ol, Azərbaycan!”, - deyə, D. Əliyeva qeyd edib.