“Qadın artıq mətbəxdən çıxmalıdır. Bəstir Azərbaycan qadını mətbəxdə oldu…”
OLAY yazır ki, bu sözləri aktyor Kamran Ağabalayev qonaq olduğu “Nigar xanım” verilişində deyib.
Sənətçi bildirib ki, qadın zamanını yalnız mətbəxdə keçirməməlidir:
“Kişilər yemək bişirməlidir bu o demək deyil ki, siz mətbəxdə “düşüb – qalmalısınız”. “Deyəndə ki, “bir qadın mətbəxdən çıxmalıdır” hər zaman hər şeyi yeməyə bağlayırlar. Bu “metafora” da ola bilir. Mətbəxi ancaq yeməyə bağlamaq doğru deyil. Mətbəx o deməkdir ki, yəni yemək, biş-düş, təmizləmək, yumaq kimi şeyləri qadın etməlidirsə bəs mənim qadınım olmağa nə zaman vaxtı olacaq? Zamanım olacaq bu bərabərdir “ölmə eşşəyim ölmə” deyiminə. Belə olmur”.