Fransa prezidenti Emmanuel Makron avqustun 24-də Parisdə saxlanılan "Telegram"ın qurucusu Pavel Durovun həbsinə ilk dəfə münasibət bildirib.
OLAY yazır ki, bununla bağlı E. Makron "X" sosial şəbəkə hesabında yazıb.
"Bu heç bir şəkildə siyasi qərar deyil" deyə o, X sosial şəbəkəsində (keçmiş Twitter) qeyd edərək, Durovun həbsi ilə bağlı çoxlu "yalan məlumatların" olduğunu bildirib.
Makron 2021-ci ildən Fransa vətəndaşı olan Durovun həbsinin davam edən məhkəmə istintaqı çərçivəsində baş verdiyini bildirib və əlavə edib ki, “hüququn aliliyi çərçivəsində, real həyatda olduğu kimi sosial şəbəkələrdə də azadlıqlar qanun çərçivəsində həyata keçirilir, vətəndaşların müdafiəsi və onların əsas hüquqlarına hörmət edilməsi qanunla müəyyən edilir”.
Bu gün məlum olub ki, Pavel Durovun həbsi daha 48 saat uzadılıb, ona hələ heç bir rəsmi bildiriş təqdim edilməyib - ən azı bu barədə ictimaiyyətə məlumat verilməyib. Lakin media Fransa jandarmına istinadən yazır ki, Durov "Telegram"da kiber və maliyyə cinayətləri ilə bağlı əməkdaşlıqdan imtina etməkdə ittiham olunur.
Əvvəllər Durovun həbsi ilə bağlı məlum olanda bildirilirdi ki, o, terrorizm, dələduzluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və uşaq pornoqrafiyası ilə bağlı cinayətlərdə şübhəli bilinir. Bu ittihamlarla Pavel Durovu 20 ilə qədər həbs cəzası gözləyə bilər. Telegram rəsmi açıqlamasında sözügedən platformanın heyyəti bu ittihamları absurd adlandırıb.
Qeyd edək ki, “Bloomberg” bu yaxınlarda sərvətini 9, 15 milyard dollar qiymətləndirən “VKontakte” sosial şəbəkəsinin həmtəsisçisi və "Telegram"ın yaradıcısı 39 yaşlı uzun illərdir ki, Rusiyada yaşamır. Onun BƏƏ, Fransa və Rusiya vətəndaşlığı var. Onun Rusiya vətəndaşlığından imtina etdiyi barədə şayiələr var, lakin bu məlumat hələ öz təsdiqini tapmayıb.