"Mədə kiçiltmək mənlik deyil" - Zülfiyyə Xanbabayeva

"Mədə kiçiltmək mənlik deyil" - Zülfiyyə Xanbabayeva

"Əgər mən tərbiyəmi qoruyuramsa, özümü evdəki kimi yox cəmiyyət içində başqa cür aparıramsa... Biz tərbiyəni evdə belə görmüşük: "Qapıdan bayıra çıxanda özünü yaxşı apar"". 

OLAY yazır ki, bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva ona izləyicilər tərəfindən yazılan şərhlərə cavab olaraq instaqram hesabında yaydığı videoaçıqlamasında deyib. 

Müğənninin arıqlamasını keçirdiyi əməliyyatlarla əlaqələndirənlərə sənətçinin reaksiyası belə olub: 

"Düz olmayan söhbətlər, şaiyələrdə var idi. Şaiyələr o qədər böyümüşdür ki, mənim öz yaxınlarım bilirdilər ki, onu (plastik əməliyyatı nəzərdə tutur - red) eləməmişəm artıq onlar məndən şübhələnirdilər. Bilirsiniz ki, qadınlar hamısı bir-birini, həkimləri tanıyır. Bakı balaca şəhərdir. Arıqlamağın bir yolu var - ağzını bağlayırsan və bitdi getdi". 

Xanbabayeva mədəkiçiltmə əməliyyatı keçirmədiyini söyləyib: 

"Mədə kiçiltmək mənlik deyil. Mən istədiyim zaman yeməliyəm, istədiyim zaman suyu başıma çəkib içməliyəm". 

Xalq artisti mütəmadi üzgüçülüklə məşğul olduğunu dilə gətirib: 

"Mənim idmanım yalnız odur ki, üzürəm. Başqa idman növü ilə məşğul olmuram. Bir neçə dəfə pilatesə getdim. Gördüm ki, bu idman növü mənlik deyil çünki mənim üçün passivdir. Mən daha çox enerji almaq istəyirəm. O enerjini isə mən sudan alıram". 

Zülfiyyə sevmədiyi xüsusiyyətlərindən də söz açıb: 

"Özümdə sevmədiyim xüsusiyyətlərim... Kənardan yaxşı görsənir. İndi bu dəqiqə dostlarımdan soruşsanız və ya ailəmdən kiməsə bu sualı versəniz çox sayda sayarlar... Sadəcə belə məsələlər var: edim - etməyim, gedim - getməyim. Qaraqabaq və qaşqabaqlı insanları sevmirəm. Mən həyata gözəl, böyük, açıq gözlərlə baxan insanları sevirəm. Kimsə xətrimə dəyirsə tez inciyirəm, özümə qapanıram. Bu xüsusiyyətimi sevmirəm". 

Müğənni yeni tanışlıqlara açıq olduğunu söyləsə də bunu yeni dostluqlara aid eməyib: 

"Düşünmürəm ki, bu yaşdan sonra böyük dostluqlar qurum çünki artıq dostlarım var. Tanışlıqlar ola bilər amma böyük dostluqlar yox". 

Xanbabayeva nə zamansa özünə qarşı tamaşaçı sevgisinin azaldığını görərsə atacağı addımla bağlı bunları deyib: 

"Əgər nə zamansa siz tamaşaçıların sevgisini azaldığını deməyim, ümumiyyətlə o sevgini hiss etməsəm vaxtı-vaxtında hər şeyin nöqtəsini qoymağı bacaranlardanam".