İlqar Mikayıloğlu və xanımı bu kanalda veriliş aparacaq

İlqar Mikayıloğlu və xanımı bu kanalda veriliş aparacaq

Aparıcı İlqar Mikayıloğlu və həyat yoldaşı Zülfiyyə Bayramova birlikdə veriliş aparacaqlar. 

Milli.Az bildirir ki, axşam.az-ın əldə etdiyi məlumata görə, onlar yeni mövsümdə ARB TV-də tamaşaçıların qarşısına çıxacaqlar.

İlqar və Zülfiyyə səhər verilişinə aparıcılıq edəcəklər. 

Qeyd edək ki, İ.Mikayıloğlu bundan əvvəl Real TV-də çalışırdı. Olay.az onun kanaldan ayrıldığı məlumatını yazıb. 

ARB TV-də ötən mövsüm səhər proqramını Zümrüd Bədəlova aparırdı.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun