“Yeşilçam”ın ulduzları Türkan Şoray dəfələrlə eyni rolda oynadığı aktyor Kadir İnanırın səhhətindən söz açıb.
OLAY yazır ki, bu haqda 79 yaşlı aktrisa media nümayyəndələrinin suallarını cavablayarkən danışıb.
“Kadirə tez-tez baş çəkirəm və davamlı səhhəti ilə maraqlanıram. Onun tezliklə sağalmasını Allahdan diləyirəm. Kadir, qətiyyətli və güclüdür. Ümid edirəm ki, o, tezliklə sağalacaq və bizə qoşulacaq”, - deyə T.Şoray bildirib.
Qeyd edək ki, 75 yaşlı K.İnanır aylar əvvəl beyninə qan sızması səbəbiylə reanimasiyaya yerləşdirilib. Sağ ayağının və sağ qolunun iflic olduğu deyilən aktyor insanları tanımaqda çətinlik çəkir.