Rus aktrisa Buraka olan heyranlığından danışdı

Rus aktrisa Buraka olan heyranlığından danışdı

Rus aktrisa Kristina Babuşkina türk aktyor Burak Özçivitə heyranlığını dilə gətirib.

OLAY yazır ki, o, bu barədə “Пятый канал”da danışıb.

“Yolki” filmində birlikdə rol aldığı Burakla necə münasibət quracağı barədə həyəcan keçirən aktrisa “Komediya janrında biriylə oynamaq üçün tərəfdaşa çox güvənmək lazımdır. Ona böyük təşəkkür edirəm, çünki o, əla oğlan çıxdı”, - deyə, bildirib.

Babuşkina qeyd edib ki, Özçivitin tərcüməçisi həm filmdə, həm də aktyorların birgə işə köklənməsində kömək edən biridir:

“Artıq elə bir komandamız var ki, məncə, tezliklə türkcə danışmağa başlayacağam”.