Keçmiş “Dəyirman” qrupunun üzvlərindən olan repçi Elmir Teymurun qızı Amerikada ailə qurub.
OLAY yazır ki, musiqiçi qızı Mariyanın nikah şəkillərini instaqram səhifəsində yayımlayıb.
Elmir fotolara “Ailəmiz böyüyür, təbrik edirəm. İndi qayınata rolunda" şərhini yazıb.
Repçinin həyat yoldaşı Diana sözügedən şəkilləri sosial şəbəkə hesabında paylaşaraq cütlüyü təbrik edib.
Mariya Harvard universitetində təhsil alan Denis adlı bəylə nikah masasına oturub.
Qeyd edək ki, Elmir 2018-ci ildə “Greencard” qazanaraq ailəsi ilə birgə ABŞ-a köçüb.