Dünya pop səhnəsinin ulduzu Castin Biber ilk övladının dünyaya gəlməsindən sonra psixi problemlərlə üzləşib.
OLAY yazır ki, bu haqda “In Touch Weekly” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, hətta oğlunun dünyaya gəlməsi ərəfəsində müğənni əvvəlkindən daha aqressivləşib, əsəbiləşib və tez-tez qəzəblinir.
Pop sənətçinin dostları əmindirlər ki, psixi sağlamlıq problemləri ona və ailəsinə zərər vurmazdan əvvəl təcili olaraq mütəxəssisə müraciət etməlidir. İndi o və Heyli yenicə valideyn olmağa başladığı üçün bu cür təcavüz hücumları son dərəcə lazımsızdır.
Cütlüyə yaxın mənbə nəşrə açıqlamasında bildirib ki, Castinin bu vəziyyəti son zamanlar keçirdiyi stress səbəbindən qaynaqlanır:
“Aydındır ki, o, stress altındadır və emosiyalarını çox yaxşı idarə etmir. Getdiyi hər yerdə bilərəkdən onu emosionallaşdırmağa çalışırlar”.
İfaçının səhhətinə onun yeni valideyn statusu da təsir edib. Nə qədər xoşbəxt hiss etsə də, uşaq böyütmək çətinliyi hələ də Castinin əsəblərinə təsir edir.
Yeri gəlmişkən, bu, Castin Biber üçün sağlamlıq problemlərinin ilk belə kəskinləşməsi deyil. Əvvəllər müğənni qəfil səhnəyə qayıtması ilə bağlı oxşar hadisə ilə üzləşmişdi.