Aktrisa Cenna Orteqa həmkarı Conni Depplə münasibəti barədə şayiələri təkzib edib.
Milli.Az oxu.az-a istinadən bildirir ki, "Bu mənə görə dəlilikdir. Mən heç vaxt belə bir şey deməmişəm. Jurnalistlər, doğrudan da, məqalələri üçün sitatlar uydururlar. Fikrimcə, bu, gülməlidir", - deyə aktrisa bildirib.
"Aktyor Riçard Qrant Conni Depplə görüşdüyümü soruşanda onu heç tanımadığımı dedim", - deyə Orteqa əlavə edib.
Qeyd edək ki, 21 yaşlı Cenna Orteqa ilə 61 yaşlı Conni Depp arasında eşq yaşandığı barədə şayiələri "Deuxmoi" bloqu yayıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Mənbə:
news.milli.az

















