Xalq artisti Mehriban Zeki İtalyaya tətilə yollanıb.
- Firəngiz Mütəllimova arxivini paylaşdı - FOTO
- Nailə İslamzadə sosial verilişləri tənqid etdi
- "Söylü" obrazını oğurlayıb özlərinə "aktrisa" deyirlər"
Milli.Az olay-a istinadən bildirir ki, axşam saatlarında paytaxt Romada gəzintiyə çıxan sənətçi "Villa Borgeze" bağında salınan, "Viale Madame Leticia" ərazisində yerləşən XII əsrin görkəmli şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinini ziyarət edib.
Zəki həmin anları instaqram hesabında paylaşaraq "Gedirəm Nizami Gəncəvinin heykəlini axtarmağa. Tapdım" qısa şərhini yazıb.
Qeyd edək ki, Abidənin müəllifləri Xalq rəssamı Salxab Məmmədov və heykəltaraş Əli İbadullayevdir. Abidənin açılışı 2012-ci il aprelin 20-də Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikasının Prezidentinin 2011-ci il 23 dekabr tarixli "Azərbaycan dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 870 illiyi haqqında" sərəncamına əsasən Azərbaycan Respublikasının İtaliyadakı səfirliyinin iştirakı ilə baş tutub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun