Müğənni Ferdi Tayfur bir müddətdir qızı Tuğçe Tayfurla qalmaqal yaşayır.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, soyadının ticarət məqsədilə istifadə edilməsinə etiraz edib və cinayət işi açacağını açıqlayıb.
Tuğçe Tayfur müğənniliyi atıb, öz geyim mağazasını açıb. Sənətçi iyunda ikinci övladını dünyaya gətirən qızının soyadından istifadə etməməsini tapşırıb.
Bu müddət ərzində qızının toyunda belə iştirak etməyən və həyatını hər kəsdən uzaq yaşayan müğənni vəkili vasitəsi ilə açıqlama verərək qızının soyadından istifadə etməməsini istədiyini və öz ad hüququna sahib olmaq istədiyini bildirib.
Tayfurun vəkilinin verdiyi açıqlamada bu ifadələr yer alıb:
"Müvəkkilim Ferdi Tayfur ilə qızı Tuğçe Aydın arasında yaranmış bəzi xüsusi səbəblərə görə, müvəkkilimizin "Tayfur" soyadını Tuğçe Aydın kommersiya məqsədi ilə istifadə edib. HFerde Tayfurun əsərlərinin Tuğçe Aydın tərəfindən istifadə edilmə, sosial və rəqəmsal mediada, səhnələrdə Tuğçe Aydın tərəfindən oxunmasına razılıq verilmir. Tuğçe Aydın tərəfindən idarə olunan "Tuğçe Tayfur Mağazası"nın adının dəyişdirilməsi tələb olunur. Həm Tuğçe Aydına, həm də Tuğçe Aydınla birlikdə iş görən və fəaliyyət göstərən şəxslərə, şirkətlərə qarşı bütün qanuni hüquqlarımızı qoruyuruq".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun