“İctimai” TV-nin bu gün 19 yaşı tamam olur.
OLAY yazır ki, 2004-cü ildən fəaliyyət göstərən televiziyanın bütün verilişləri Azərbaycan dilində aparılır. 44 günlük Vətən müharibəsi dövründə telekanal informasiya müharibəsində ön sıralarda yer almaqla yanaşı, maraqlı layihələrə imza ataraq tamaşaçıların böyük rəğbətini qazanıb.
Avropa Yayım İttifaqının üzvü olan telekanalın verilişləri bütün Azərbaycan ərazisində yayımlanır. Həmçinin televiziya Avropa Yayım İttifaqının üzvüdür. 2022-ci il yanvarın 28-də “Azerspace-1” peykində HD yayım formatına keçib.