İllərə meydan oxuyan Demi Murdan FOTOSESSİYA

İllərə meydan oxuyan Demi Murdan FOTOSESSİYA

Hollivudun əfsanəvi aktrisası Demi Mur "Interview" dərgisinin sentyabr buraxılışının siması olub.

Milli.Az olay-a istinadən bildirir ki, illərə meydan oxuyan 61 yaşlı sənətçi fotoqraf Petra Kollinzin obyektivi qarşısına keçərək açıq-saçıq və transparan geyimlərdə cəsarətli və seksual pozalar verib.

Bu çəkiliş Murun yeni "Maddə" filmini tanıtmaq üçün edilib. Film özünü cavanlaşdırmaq üçün eksperimental və qeyri-qanuni narkotikdən istifadə edən bir ulduzun hekayəsindən bəhs edir. O, müsahibəsində Hollivuddakı yaş, analıq və qadın bədən imici ilə bağlı fikirlərini bölüşüb. 

Murun instaqramda paylaşdığı sözügedən fotosessiyadan şəkilləri böyük marağa səbəb olub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun