Venesiyada 81-ci Beynəlxalq Film Festivalı başlayıb. Festivalda son günlər aralarındakı qalmaqal bitməyən keçmiş ər-arvad, Hollivud ulduzları Ancelina Coli və Bred Pitt də yer alacaq.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Coli artıq İtaliyaya gəlib. Lakin onun keçmiş əri Bred Pitt hələ İtaliyaya gəlməyib. Festivalın təşkilatçıları aktyorların bir-birini görməməsi üçün xüsusi qrafik hazırlayıblar.
Venesiya kinofestivalının bədii rəhbəri Alberto Barbera "Vanity Fair"ə müsahibəsində etiraf edib ki, təşkilatçılar keçmiş həyat yoldaşları arasındakı gərgin münasibətləri nəzərə alıb və onların bir-birinə mane olmasının qarşısını almaq üçün hər şeyi ediblər.
"Ancelina ilk gün, cümə axşamı gələcək və bundan dərhal sonra o, Koloradoda Telluride Film Festivalına yola düşəcək. Beləliklə, Bred şənbə gününə qədər Venesiyaya gəlməyəcək. Onların görüşünün heç bir yolu yoxdur" deyə, təşkilatçılar bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun