Bir ildir ki, paltarlarını yumur

Bir ildir ki, paltarlarını yumur

Hollivud aktyoru Çenninq Tatum paltarlarını yumamaq üçün yeni üsul tapıb. 

OLAY yazır ki, “GQ” dərgisinə müsahibə verən aktyor bir ildir paltarlarını yumadığını etiraf edib. 

Bunun əvəzinə hər həftə yeni köynəklər aldığını bildirib:

“Mən paltar yumaqdan nifrət edirəm. Sözlə ifadə edə bilməyəcəyim qədər nifrət edirəm”

44 yaşlı aktyor etiraf edib ki, 1999 və ya 2000-ci illərdə 12 ay paltarlarını yumayıb:

“Bir ilim var idi ki, “təzə ağ köynək ili” adlandırırdım. Düşünmürəm ki, o vaxtlar paltar yuyurdum. Təzəcə aldığım ağ köynəkləri geyinmişdim. Düşündüm ki, mən bunları həftədə iki dəfə geyinə bilərəm”.