Kübra Əliyeva xəstəxanada Cəmil Əmirova baş çəkdi

Kübra Əliyeva xəstəxanada Cəmil Əmirova baş çəkdi

Əməkdar artist Kübra Əliyeva bir müddət əvvəl səhhəti qəfil pisləşən və bu səbəbdən Milli Onkologiya Mərkəzinə yerləşdirilən mərhum bəstəkar Fikrət Əmirovun oğlu Cəmil Əmirova baş çəkib.

OLAY yazır ki, bununla bağlı aktrisa sosial şəbəkə hesabında məlumat verib.

K.Əliyeva ziyarət zamanı C.Əmirovla birgə mərkəzin palatasında çəkdirdiyi fotosunu izləyiciləri ilə bölüşüb.