İradə qayınanasının FOTOsunu paylaşıb bu sözləri yazdı

İradə qayınanasının FOTOsunu paylaşıb bu sözləri yazdı

Ailə qurduqdan sonra Türkiyəyə köçən müğənni İradə İbrahimova qayınanası Zəfər xanımla bağlı paylaşım edib.

Milli.Az olay-a istinadən bildirir ki, sənətçi övladları Əli, İpək və qayınanasının yer aldığı fotonu instaqram hesabında yayımlayaraq onun doğum olduğunu bildirib.

  • Gülay evindən FOTOlar paylaşdı
  • Günay Musayeva ekranlara dönür
  • Şəhriyar ilk dəfə atasını göstərdi - VİDEO

İbrahimova sözügedən şəkilə "Allah başımızdan əskik etməsin" şərhini yazaraq, qayınanasını ad günü münasibəti ilə təbrik edib. 

Qeyd edək ki, müğənni İradə İbrahimova 2009-cu ildə əslən Azərbaycanlı olan türk vətəndaşı, iş adamı Ceyhun İzərlə ailə həyatı qurub. Cütlüyün 2010-cu ildə İpək adlı qız övladları dünyaya gəlib. 2015-ci ildə isə sənətçi ikinci dəfə ana olub və Əli adlı oğlan övladını dünyaya gətirib.
Hazırda isə İradə İbrahimova ailəsi ilə birlikdə Türkiyənin İstanbul şəhərində yaşayır. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun