ABBA-dan Trampa QADAĞA

ABBA-dan Trampa QADAĞA

İsveçin məşhur ABBA qrupu ABŞ prezidentliyinə namizəd Donald Trampa seçki kampaniyası zamanı hitlərindən istifadəni qadağan edib. 

Milli.Az bildirir ki, Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, musiqiçilər bu qərarı siyasətçinin seçki mitinqində qrupun mahnısından istifadə etməsindən sonra veriblər.

ABŞ-ın Minnesota ştatında keçirilən mitinq zamanı Tramp ABBA qrupunun "The Winner Takes It All" mahnısını ifa edərək gələcək qələbəsinə işarə edib.

Lakin bu hərəkət qrup üzvlərini qəzəbləndirib və onlar Donalda mahnılarından istifadə etməyi qadağan ediblər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun