O da Trampa qadağa qoydu

O da Trampa qadağa qoydu

Amerikalı məşhur rok ifaçısı Cek Uayt Donald Trampın prezidentlik kampaniyasını videolarından birində "The White Stripes" qrupunun "Seven Nation Army" mahnısından istifadə etdiyinə görə hüquqi tədbirlər görəcəyi ilə hədələyib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə musiqiçi instaqramda məlumat yayıb.

"Mənim musiqimdən istifadə etməyi düşünməyin. Məsələ ilə bağlı vəkillərim vasitəsilə məhkəməyə müraciət edəcəyəm. Bu gün işinizdə gözəl gün keçirin".

Qeyd edək ki, daha əvvəl də ABBA qrupu, müğənnilər Beyons və Selin Dion da Trampın prezidentlik kampaniyasında öz musiqilərinin istifadəsindən narazılığını açıq şəkildə ifadə etmişdilər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun