Leps 18 yaşlı sevgilisi ilə onun anasının yanında öpüşdü

Leps 18 yaşlı sevgilisi ilə onun anasının yanında öpüşdü

Rusiyanın Əməkdar artisti 62 yaşlı Qriqoriy Leps 18 yaşlı sevgilisi Avrora Kibanı anasının gözü önündə dodağından öpüb.

OLAY yazır ki, hadisə sənətçinin Moskvadaki konsertindən əvvəl baş verib.

Beləki, Avrora anası ilə birlikdə sevgilisi Lepsin Moskvadakı konsertinə gəlib. 

Müğənni sevgilisinə yaxınlaşıb, anası ilə salamlaşıb, cəsarətlə hər ikisinə baxıb, hətta onlarla bir neçə dəqiqə masa arxasında oturub. Səhnəyə çıxmağa hazırlaşanda isə sevgilisini dodağından və alnından öpüb. 

Bu anları isə paparatsiyalar tərəfindən görüntülənib və dərhal sosial şəbəkələrə yayılıb. 

Qeyd edək ki, bir müddət əvvəl Leps üç uşağı olan həyat yoldaşı Anna Şaplıkovadan boşanıb. Cütlük 20 ildən çox bir yerdə yaşayıblar. Boşanmanın səbəbi isə musiqiçinin xəyanəti olub. Özü də dəfələrlə evliliyinin dağılmasında günahkar olduğunu bildirib. Boşandıqdan sonra Leps özündən 40 yaş kiçik qızla münasibətdə olub, lakin mart ayında onların ayrıldığı məlum olub.