Fərdi Tayfur qızından imtina etdi: soyadı üçün 50 milyon istəyir - FOTO

Fərdi Tayfur qızından imtina etdi: soyadı üçün 50 milyon istəyir - FOTO

"Arabesk kralı" kimi tanınan məşhur türkiyəli müğənni və aktyor Fərdi Tayfur qızı Tuğçe Tayfurun soyadını istifadə etməsinə reaksiya verib və məhkəməyə müraciət edəcəyini bildirib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Tuğçe Aydın Muhammet Aydınla evləndikdən sonra müğənniliyə ara verib, öz adına geyim mağazaları açmağa başlayıb.

Atasının soyad hüququna görə onlardan pul istədiyini deyən Tuğçe Tayfur, yayımladığı videoda onu qınayıb: "Faylın içindəkiləri görəndə həqiqətən çox utandım. Tanımadığımız birinin soyadını qəsb etmirəm. Bu mənim öz atamın soyadıdır. Bunun üçün məndən 50 milyon istəyir. Leyləklər mənə Tayfur soyadını vermədilər. Sən mənim atamsan, ona görə Tayfur soyadını alaraq marka adı etdim".

Qızının toyunda belə iştirak etməyən və hər kəsdən kənarda həyatını davam etdirən Fərdi Tayfur qızı ilə vəkili vasitəsilə əlaqa saxlayıb.

Müzakirələrə Tuğçe Tayfurun əri Muhammet Aydın da qoşulub: "Qayınatamın vəkilinin etdiklərini qəbul edə bilmirəm. Həmin markanın patentləri alınıb. Lazım gələrsə, ailəmə görə güllələnməyə də razıyam. Bütün Türkiyəyə ata olan, lakin öz qızına ata ola bilməyən Fərdi ata, səni alqışlayıram".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun