62 yaşlı Hollivud aktyoru Tom Kruz qızı Surinin yanında olmasa da, lakin bütün xərclərini mütəmadi olaraq ödəyir.
Milli.Az olay-a istinadən bildirir ki, Tom və Keti Holmsun yeganə qızı bu il məktəbi bitirib və avqustun 26-da universitetə daxil olub.
Surinin təhsil haqqı 65 min dollardı. Bəli,məbləğ heç də az deyil, amma qızın narahat olacağı bir şey yoxdur çünki onun təhsil haqqını ulduz atası ödəyəcək.
Tom Surinin təhsili üçün pul ödəyir, o, həmişə onun təhsili üçün pul ödəyib və bunu heç vaxt dayandırmayacaq. Ulduz ata, heç vaxt qızının alimentini və xərclərini ödəməkdən çəkinməyib. Sözündən dönmür. Bir sözlə Kruz, bütün öhdəliklərini yerinə yetirir.
Nəşr bildirir ki, Kruz qızına dəstək olmaq üçün keçmiş həyat yoldaşına hər ay 38 min dollar pul göndərir.
Qeyd edək ki, Tom Kruz və qızı Suri sonuncu dəfə 2013-cü ildə aktrisa Keti Holmsdan boşandıqdan bir il sonra bir yerdə görüntülənib. Tomun Suridən başqa daha iki oğlu var. Nikol Kidmanla evli olarkən Tom Konnor və Bella adlı uşaqları övladlığa götürüb. Suridən fərqli olaraq, onlar ataları ilə əlaqə saxlamağa davam edirlər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun